En Ru
white-arrow

Konvensiya

DHDNÇ Konvensiya və Məcəllə

DHDNÇ- Dənizçilərin hazırlanması, onlara diplomların verilməsi və Növbə Çəkməsi deməkdir.

the Standards of Training, Certification, and Watchkeeping

Hüquqi baxımdan DHDNÇ 1978-ci ildə Londonda Beynəlxalq Dəniz Təşkilatının (IMO) Konfransı tərəfindən qəbul edilmiş Beynəlxalq Konvensiyadır. Sonradan, ən əhəmiyyətli düzəlişlər 1995 və 2010-cu illərdə baş vermiş olmaqla, tez-tez yenidən işlənmişdir. Göstərici olaraq, 1995-ci il düzəlişlərinin əsas dəyişikliklərindən biri Konvensiyanın texniki əlavəsini qaydalara bölmək və A və B hissələrindən ibarət olan yeni STCW Məcəlləsini daxil etmək idi. Müvafiq olaraq, 2010-cu il düzəlişləri Konvensiyanın və Məcəllənin ilkin qəbul edildiyi andan etibarən baş verən hadisələrə uyğunlaşdırılmasına və onlara yaxın gələcəkdə yaranmaq üzrə olan problemlərin həllinə imkan verməyə yönəlmişdir.

STCW including 2010 Manila Amendments, 2017 Edition

DHDNÇ Konvensiyası və Məcəlləsi bütün Razılığa gələn tərəflərin riayət etməli olduğu dənizçilər üçün təlim, sertifikatlaşdırma və növbə saxlamağa dair minimum əsas tələbləri müəyyən edir. Bu məqsədlə, bütün iştirak edən tərəflər bu cür uyğunluğu təmin etmək üçün müvafiq qanunvericilik və inzibati tədbirlərin qəbul edildiyi barədə İMO-ya sübut təqdim etməlidirlər. Gəmiçilik fəaliyyətinin bir dövlətin sərhədləri daxilində məhdudlaşdırılmaması, beynəlxalq səviyyədən çox kənara çıxması şərtilə, bu, qeyd olunan hüquqi uyğunluq bütün dünyada komandir və siravi heyətinin təlimi, sertifikatlaşdırılması və növbətçiliyinin minimum zəruri standartlarının həyata keçirilməsinə zəmanət verir və təmin edir.

https://www.imo.org/en/OurWork/HumanElement/Pages/STCW-Convention.aspx